Azərbaycan prezidenti ATƏT sədri ilə Qarabağ problemini müzakirə edib
13 fevral 2016 14:54 (UTC +04:00)

Azərbaycan prezidenti ATƏT sədri ilə Qarabağ problemini müzakirə edib

 

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişafından məmnunluq ifadə edilib. Münasibətlərin daha da inkişaf etdirilməsi baxımından belə görüşlərin və səfərlərin əhəmiyyəti qeyd olunub. Beynəlxalq böhranın davam etdiyi və neftin qiymətinin aşağı düşdüyü bir dördə Azərbaycanda iqtisadi inkişafın, xüsusilə də qeyri-neft sektorunun daha da inkişafına diqqət yetirilməsinin, sosial proqramların icrasının təmin olunmasının əhəmiyyəti vurğulanıb.

 

Almaniyanın bu ildən ATƏT-ə sədrliyi dövründə Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

 

# 145
avatar

Oxşar yazılar