Pakistanın paytaxtında Əfqan siyasətçisi qaçırıldı
13 fevral 2016 19:37 (UTC +04:00)

Pakistanın paytaxtında Əfqan siyasətçisi qaçırıldı

Əfqan siyasətçi Sayed Fəzlullah Vahidi Pakistanın paytaxtı İslamabadın mərkəzi rayonlarından birində qaçırılıb.

 

Report.az xəbər verir ki, əvvəllər Künər və Herat əyalətlərində qubernator vəzifəsində çalışmış siyasətçi naməlum şəxslər tərəfindən oğurlanıb.

 

Məlumata görə, 65 yaşlı S.F.Vahidi nəvəsi ilə küçədə gəzərkən iki avtomobil ona yaxınlaşıb. Avtomobillərdən bayıra çıxan 3 nəfər siyasətçini zorla maşınlardan birinə mindirərək aradan çıxıb. Hadisə barədə məlumatı polisə yazılı ərizəylə siyasətçinin qardaşı oğlu Sayed Zəbiulla Vahidi çatdırıb.

 

Əfqanıstan Xarici İşlər Nazirliyi Pakistan hökumətinə müraciət edərək Vahidini qaçıranların şəxsiyyətlərinin müəyyən edilməsi və onun sərbəst buraxılması üçün bütün vasitələrdən istifadə edilməsini xahiş edib.

# 176
avatar

Oxşar yazılar