Dəm qazından daha bir zəhərlənmə
13 fevral 2016 21:34 (UTC +04:00)

Dəm qazından daha bir zəhərlənmə

Tovuzda zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun İbrahim Hacılı kənd sakini, 2003-cü il təvəllüdlü Günay Habil qızı Hüseynova dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, G. Hüseynova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

# 56
avatar

Oxşar yazılar