Türkiyə PYD-nin mövqelərini bombaladı
13 fevral 2016 21:45 (UTC +04:00)

Türkiyə PYD-nin mövqelərini bombaladı

Türkiyə Silahlı Qüvvələri PYD qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib.  APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə hökumətindəki mənbə bildirib.    

 

“Türkiyə Silahlı Qüvvələri PYD-nin Aazas rayonundakı mövqelərini atəşə tutub”, deyə mənbə qeyd edib.

 

Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir. 

 

Xatırladaq ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin, lazım gələrsə, YPG-yə qarşı hərbi əməliyyat keçirə biləcəyini qeyd edib.

# 216
avatar

Oxşar yazılar