Rəqsanə: “Camaatın kişisinin adını mənimlə niyə hallandırırlar?”
14 fevral 2016 00:34 (UTC +04:00)

Rəqsanə: “Camaatın kişisinin adını mənimlə niyə hallandırırlar?”

Müğənni Rəqsanə İsmayılovanın adı növbəti dəfə qalmaqalda hallanıb.

 

Lent.az-ın xəbərinə görə, fevralın 13-də Moskvanın cənubunda azərbaycanlılara məxsus “Qız qalası” restoranında dava düşüb və nəticədə iki nəfər bıçaqlanıb. “Musavat.com”un yazdığına görə, restoranın əslən Ağstafadan olan Fazil Əmiraslanova məxsus olduğu deyilir. Saytın mənbəsi F.Əmiraslanovun müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı olduğunu bildirib: “Müğənninin telekanallarda tez-tez Moskvada ərinin olması barədə fikirlər səsləndirməsi məlumatın doğru olduğunu deməyə əsas verir” deyə sayt yazıb.

 

Rəqsanə isə primetime.az saytına açıqlamasında bunu təkzib edib: "Məndən əl çəksinlər! Mənə nə veriblər, ala bilmirlər? İstəmirəm haqqımda nə yaxşı, nə pis yazsınlar. Camaatın kişisinin adını mənimlə niyə hallandırırlar? Axı mən o, adamı heç tanımıram. Niyə bu qədər günaha girirlər? Dərdimi kimə deyim, hansı qapını döyüm? Bu dərəcədə haqsızlıq olmaz. Kimə ixtiyar verilib ki, reytinq xatirinə şəxsi həyatıma bu qədər müdaxilə edirlər? Nə edim, bu ölkədən çıxım gedim?!”

 

 Müğənni bir müddət öncə hamilə olması ilə bağlı yayılan xəbərə də münasibət bildirib: "Yazdılar, Rəqsanə növbəti dəfə ana olmağa hazırlaşır, susdum. Üç ay öncə ürəyimdə problem yaranmışdı, müalicə olunurdum. Efirlərdən uzaq düşdüm deyə, yaydılar ki, Rəqsanə hamilədir”.

 

 

# 250
avatar

Oxşar yazılar