Ər-Riyad döyüş təyyarələrini Türkiyəyə göndərir
14 fevral 2016 01:23 (UTC +04:00)

Ər-Riyad döyüş təyyarələrini Türkiyəyə göndərir

Səudiyyə Ərəbistanının döyüş təyyarələri yaxın günlərdə Türkiyənin “İncirlik” aviabazasına gələ bilər. APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.     

 

“Səudiyyə Ərəbistanının təyyarələri İŞİD-ə qarşı mübarizədə iştirak etmək məqsədilə yaxın günlərdə Türkiyəyə göndərilə bilər. Bu bizim ümumi mübarizənizdir. Səudiyyə Ərəbistanı hərbi-hava əməliyyatına qatılmaq niyyətindədir”, deyə Çavuşoğlu Antalyada jurnalistlərə bildirib.

 

O qeyd edib ki, Səudiyyə  Ərəbistanının döyüş təyyarələri Türkiyənin “İncirlik” aviabazasında yerləşdiriləcək. Çavuşoğlu Türkiyəyə göndəriləcək təyyarələrin sayı barədə açıqlama verməyib.

 

“Hazırda Suriyada quru əməliyyata dair heç bir qərar və ya strategiya yoxdur”, deyə nazir əlavə edib.  

# 287
avatar

Oxşar yazılar