Vəkildən səs-küylü məhkəmə anonsu: <span style="color:red;">“İcra başçısının müavini təyin etdirmək üçün aldadıb…”
14 fevral 2016 01:33 (UTC +04:00)

Vəkildən səs-küylü məhkəmə anonsu: “İcra başçısının müavini təyin etdirmək üçün aldadıb…”

Vəkil Adəm Məmmədov çox səs-küyə səbəb olacaq bir məhkəmə çəkişməsinin anonsunu verib.

 

Lent.az-ın xəbərinə görə, vəkil bu barədə “facebook” səhifəsində yazıb.

 

Vəkil bildirib ki, artıq müvəkkili ilə müqavilə bağlayıb: “Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə aldadıb, 170 min ABS dollarını ələ keçirən şəxsin birbaşa Komitə sədri olması çox təəccübə səbəb oldu. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçıb”. 

# 142
avatar

Oxşar yazılar