Gecə ev və maşın yandı
14 fevral 2016 05:34 (UTC +04:00)

Gecə ev və maşın yandı

Ötən gecə iki yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri Balakən rayonu, Gülüzanbinə kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları və dam örtüyü  yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Lənkəran rayonu, Boladi kəndində sahibi məlum olmayan “VAZ“ markalı minik avtomobili yanıb. Ətrafdakı ağaclar yanğından mühafizə olunub.

# 205
avatar

Oxşar yazılar