8 otaqlı evdə yanğın - kənddə ikinci olay
14 fevral 2016 11:01 (UTC +04:00)

8 otaqlı evdə yanğın - kənddə ikinci olay

Bu gün Lənkəran rayonunun Boladi kəndində ikinci yanğın hadisəsi baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 105 kv.m sahədə yanıb. Yanğın saat 10:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Qeyd edək ki, gecə saatlarında bu kənddə "VAZ" mrkalı minik avtomobili də müəmmalı şəkildə yanmışdı.

# 99
avatar

Oxşar yazılar