İstanbulda bar gülləbaran edildi: yaralılar var
14 fevral 2016 11:39 (UTC +04:00)

İstanbulda bar gülləbaran edildi: yaralılar var

Bu gecə İstanbuldakı barlardan birində silahlı insident baş verib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ataşəhər adlanan ərazidə yerləşən barlardan birindən mühafizəçilər tərəfindən çıxarılan müştəri 1 saat sonra nömrəsiz avtomobillə qayıdıb. O, bara daxil olaraq ətrafa 6-7 dəfə atəş açıb və tez gəldiyi maşınla qaçıb.

 

Hadisə vaxtı 2 müştəri və bir bar işçisi güllə yarası alıb.

 

Araşdırma aparılır.

# 161
avatar

Oxşar yazılar