<span style="color:red;">SON DƏQİQƏ:  Türkiyədən YPG-yə növbəti zərbə - <span style="color:red;">YENİLƏNİB
14 fevral 2016 16:20 (UTC +04:00)

SON DƏQİQƏ: Türkiyədən YPG-yə növbəti zərbə - YENİLƏNİB

Türkiyə Silahlı Qüvvələri (TSK) növbəti dəfə PYD/PKK terror təşkilatınınSuriyanın Hələb şəhərinin Azez qəsəbəsindəki mövqelərinə artilleriya zərbələri endirib.

 

APA-nın məlumatına görə, bu barədə Türkiyənin rəsmi Anadolu Agentliyi məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, ərazidə atəş səsləri eşidilir.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünən də PYD qruplaşmasınınSuriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib.

 

Eyni zamanda Türkiyənin baş naziriƏhməd Davudoğlu bir neçə tələb səsləndirib.  Onun sözlərinə görə, YPG dərhal Azez qəsəbəsinin ətrafını tərk etməli və bura bir daha yaxınlaşmamalıdır.

 

“Onlar, həmçinin, humanitar dəhlizi açmalı və bir daha ora yaxınlaşmamalı, “Minnak” aeroportundan Türkiyə və Suriya müxalifətinə qarşı istifadə etməməlidirlər. Bu aeroport dərhal azad edilməlidir”- deyə, Davudoğlu bildirib.

 

Bu gün isə terror qruplaşmasının siyasi qanadı olan PYD-nin həmsədri Salih Müslim rəsmi Ankaranın tələblərini rədd etdiklərini açıqlayıb.

 

“Reuters”in xəbərinə görə, Müslim “suriyalıların Türkiyənin müdaxiləsinə qarşı dirənəcəklərini” bildirib.

 

 

“RİA Novosti”nin məlumatına görə isə ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin Suriyadakı son vəziyyəti müzakirə ediblər.

 

Telefon danışığında Putin Obamaya terrora qarşı birgə mübarizə aparılmasının vacibliyini bildirib.

 

Həmçinin, prezidentlərin Münhen Təhlükəsizlik Konfransında Suriya ilə bağlı qəbul edilmiş qərarların həyata keçirilməsi ilə bağlı həmfikir olduqları qeyd edilib.

 

 

xxxxx

 

14:02

 

Bu gün Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında cəmləşmiş kürd silahlılarına ikinci dəfə zərbə endirib. Lent.az Reuters-ə istinadən xəbər verir ki, YPG-nin Hələb istiqamətindəki qüvvələrinə endirilən top zərbələri nəticəsində iki silahlının öldüyü bildirilir.

 

Qeyd edək ki, Reuters xəbərin Suriyada insan Haqqlarının Mühfizəsi Təşkilatına istinadən yaydığını bildirib.

# 279
avatar

Oxşar yazılar