Nikolas Kanales yenidən "Neftçi"də
14 fevral 2016 15:54 (UTC +04:00)

Nikolas Kanales yenidən "Neftçi"də

Çilili futbolçu Nikolas Kanalesin “Neftçi”yə keçidi rəsmiləşib. Lent.az-ın klubun saytına istinadən məlumatına görə, N.Kanales paytaxt təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayıb. 


Mərkəz hücumçusu "Neftçi"də 9 nömrəli formanı geyinəcək. 

Xatırladaq ki, Çili milli komandasının (1 oyun) və U-20 yığmasının (13 oyun, 6 qol) sabiq üzvü Nikolas Kanales 2012-2013, 2014-2015-ci illərdə “Neftçi”nin heyətində çıxış edib.

# 283
avatar

Oxşar yazılar