Qurban Qurbanov: "Şahin Diniyevi təbrik edirəm"
14 fevral 2016 17:25 (UTC +04:00)

Qurban Qurbanov: "Şahin Diniyevi təbrik edirəm"

“Şahin Diniyevi təbrik edirəm. Çox yaxşı və istəkli kollektiv formalaşdıra bilib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasının XXI turu çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşan ağdamlılar 2:1 hesablı qələbə qazanıblar.

 

Oyundan sonra açıqlama verən Qurbanov qarşılaşmanı belə dəyərləndirib: “Çempionluq yolunda bəlkə də ən vacib 3 xalı qazandıq. Belə meydançada və bu cür azarkeş kütləsi qarşısında çıxış etmək o qədər də asan deyil. Mümkün qədər diqqətli oynayıb, iki standart vəziyyətdən maksimum istifadə etdik. Qələbə münasibətilə komandamı da, azarkeşlərimizi də təbrik edirəm”.

# 226
avatar

Oxşar yazılar