Tarixi görüş baş tutdu<span style="color:red;"> - 962 İL SONRA
14 fevral 2016 17:40 (UTC +04:00)

Tarixi görüş baş tutdu - 962 İL SONRA

Dünən axşam Kubanın paytaxtı Havanada katolik və provaslav kilsələrinin liderləri arasında tarixi görüş baş tutub. Lent.az BBC-yə istinadən xəbər verir ki, 962 il sonra iki əsas xristianlıq cərəyanının rəhbəri bir araya gəlib.

 

Havanadakı Xose Martin hava limanında baş tutan 2 saatlıq görüşdən sonra papa Fransis və rus-provaslav kilsəsinin rəhbəri Kiril 30 maddəlik sənəd imzalayıblar. Sənəddə kilsələrin dağıdılması, Avropanın xristian köklərinə bağlı qalması, Afrikadakı xristianların məruz qaldığı zorakılıq, eləcə də digər qlobal problemlərə toxunulub.

# 227
avatar

Oxşar yazılar