Gəncədə "Opel" yanıb
14 fevral 2016 19:26 (UTC +04:00)

Gəncədə "Opel" yanıb

Gəncədə yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

# 155
avatar

Oxşar yazılar