Zaqatalada ev tamamilə yandı
14 fevral 2016 20:08 (UTC +04:00)

Zaqatalada ev tamamilə yandı

Zaqatala rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Göyəm kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

# 147
avatar

Oxşar yazılar