Nazirlik meşə yanğını barədə məlumat yaydı - <span style="color:red;">YENİLƏNİB
04 mart 2016 10:06 (UTC +04:00)

Nazirlik meşə yanğını barədə məlumat yaydı - YENİLƏNİB

 

Dünən saat 17 radələrində Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Alpan meşəbəyliyinin 8 saylı dolayının 45-ci kvartalında yanğın hadisəsi baş verib.

 

ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğın nəticəsində meşə ətrafı ərazidə 30 sot quru ot və kol örtüyü yanıb və meşə fonduna ciddi ziyan dəyməyib.

Bildirilir ki, yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində qısa müddət ərzində  söndürülüb.

Qeyd edək ki, yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

 

22:46

Bu gün axşam saatlarında Quba rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qımıl kəndi ərazisində meşə massivində yanğın baş verib.

 

Hadisə yerinə Quba Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ümumilikdə bir hektar ərazidə quru kol-kos yanıb. Meşə sahəsi yanğından mühafizə olunub.

 

Analoji hadisə Quba rayonun daha iki kəndində olub.  İkinci Nügədi kəndi ərazisində 2 hektar, Tülər kəndi ərazisində isə 3 hektar kol-kos yanıb.

 

Qusar və Xaçmaz rayonlarında da yanğınlar qeydə alınıb. Qusarın Xural və Mucuq kəndlərində kol-kos yanıb. Baş verən yanğınların səbəbləri araşdırılır.

# 255
avatar

Oxşar yazılar