Günün top 10 xəbərləri
Buzlu yol, çevrilmiş “Kamaz” və “alternativ” nəzir qutusı - OPERATİV REPORTAJ - FOTOLENT
Bölmə: SOSİAL
27 Yanvar 2012 17:29
Dünən axşamdan başlayaraq Baş Yol Polisi İdarəsi respublika ərazisində şaxtalı-buzlu hava şəraiti və yolların buz bağlaması ilə əlaqədar sürücülərə müraciət edir. Konkret desək, idarənin şöbə rəisi Kamran Əliyevin Lent.az-a verdiyi məlumata görə, ölkənin demək olar ki, bütün bölgə və rayonlarında yolları buz bağlayıb: “Buzlaşma bütün yollarda müşahidə olunur. Belə hava şəraitində sürücülərdən maksimum ehtiyatlı olmaq tələb olunur. Təcrübəsiz sürücülər isə ümumiyyətlə, sükan arxasına keçməsələr yaxşı olar”.
10 manatlıq yol, 15 manata
Əslində, Kamran müəllim haqlı idi. Bu gün Xaçmaza yola düşərkən bunun ilk nişanəsinə hələ Bakının «Şamaxinka» deyilən ərazisində rast gəldik. Adətən Xaçmaza və Nabrana adambaşına 10 manat gedən maşınlar qiyməti 15 manata qaldırmışdılar. Səbəbini isə belə izah edirdilər ki, yol buzludur, təhlükəlidir, risk edirik.
Bizim də risk etməkdən başqa əlacımız yox idi. Çünki Xaçmaza getməliydik. Hava şəraiti ilə əlaqədar olaraq təkcə Bakı-Rusiya yolu yox, Bakı-Şamaxı, Gəndob-Yalama, İsmayıllı-Muğanlı yolları, Ağsu aşırımı demək olar ki, buz bağlayıb. Elə bu istiqamətə gedən sürücülər də qiymətləri kəllə-çarxa qaldırmışdılar.
Əyləşdiyimiz maşının sürücüsü Həbib «ya Allah» deyib, yola düzəldi.
- Pirə qədər - Beşbarmaq pirini nəzərdə tutur - birtəhər gedə biləcəyik. Ordan o tərəfə Allah kərimdir.
Heç pirə çatmamış məlum oldu ki, yol, sözün həqiqi mənasında, buzdur. Maşın sanki yolun üstündə rəqs edirdi. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən təzə uzaqlaşmışdıq ki, yolda tıxac əmələ gəldi.
Böyrü üstə çevrilmiş «Kamaz»
Sürücü təzəcə demişdi ki, «vsyo, buzdan getmək mümkün olmayacaq», bir də gördük yola qulluq edənlər, yol polisi iri bir yük avtomobilinin başına yığışıb. «Kamaz» böyrü üstə yıxılmışdı. Sürücü isə kabinədən salamat çıxa bilmişdi.
- Pirə çataq, nəzir verəcəm - deyə sürücümüz dilləndi. İnsafən, Zarat postunda yol polisi xəbərdarlıq edirdi ki, avtomobili maksimum aşağı sürətlə idarə edin. Pirə çatan kimi sürücüylə bərabər biz də düşürük. Beşbarmaq pirinin ətrafında çoxdandır ki, iri bir məscid tikilib, həm də namazgahdır. İnanclı insanlar məscidin divarına bərkidilmiş qutuya nəzirlərini atırlar. Amma sürücümüz yolu o tərəfə keçmədi.
- Camaata əziyyət verməmək üçün burda da bir nəzir qutusu açıblar. Bir manatımı atıb gəlirəm.
Nəzirini verib gəlir.
- Əgər o tərəfdə pirdə bir nəzir qutusu qoyulubsa, buna nə ehtiyac var?
Sualımızı gülüşlə qarşıladı.
- Hərəsinin öz yiyəsi var.
- Bəs hansı qəbuldur?
- Mən qurban olduğum pirə nəzir verirəm, qutuya yox ki...
Mübahisə etmək istəmədim. Təki nəziri qəbul olunsun, biz də mənzil başına salamat çataq.
Siyəzəni keçəndən sonra isə yolda bir maşın da görünmürdü. Bir tərəfdən də başlayan külək yoldakı qarı ətrafa sovurub sürücünün yolu görməsinə mane olurdu.
- Nə qum, səpən var, nə də duz.
«Bizə deyiblər dayanın burda, qreyder gələcək»
Amma yolun qırağında xırda qum təpəcikləri görünürdü. Ətrafda isə qum səpəcək bir nəfər də görünmürdü. Nəhayət, Şabrana çataçatda, daha doğrusu, rayonu əhatə edən dairəvi yolda əynində uniforma olan əli kürəkli iki fəhləyə rast gəldik. Maşını saxlayıb niyə qum səpməmələrini soruşuruq. Cavabları unikal oldu:
- Bizə deyiblər dayanın burda, qreyder göndərəcəyik.
- Nə vaxt deyiblər?
- Saat 9-da.
- Saat 12-nin yarısıdır...
- Biz neyləyək, deyiblər durun burda, durmuşuq.
- Nə vaxta qədər duracaqsız?
Üzlərini çevirib qaladıqları ocaqda qızınmağa gedirlər.
…Gəndoba tərəf üz tuturuq. Sürücü deyir ki, yolboyu işıqlar yanmalıdır. Amma yanmır. Bir az çovğun olan kimi maşın istiqamətini itirir. Bu işıq dirəklərini niyə qurublar, bilinmir. Gəndobdan Xaçmaza doğru yol alırıq. Maşınlar saatda 40-50 km sürətlə hərəkət edirlər. Çünki yer tamamilə buzdur. Ani əyləc basılması və ya qarşına maşın çıxması potensial qəzadır. Vəlvələçay sahilində isə bir «UAZ» yodan çıxıb əzilib. Şükür, ölüm-itim yoxdur.
- Nabrana necə gedə biləcəyik?
Sürücü Nabrandakı tanışına zəng edir. Dostu deyir ki, nəbadə Nabrana gələsən, yeri qar basıb, yolu təmizləyən yoxdur. Yalamadan üzü Rusiya sərhədinə doğru isə böyük bir tıxac əmələ gəlib.
- SDK yolu da elədir. Sərhədə kimi yolu açmaq fikirləri yoxdur.
***
Əslində bizim nə Nabrana, nə də Rusiya sərhədinə getmək fikrimiz vardı. Xaçmazda iki günlük işimiz vardı. Amma Xaçmazın özündə belə vəziyyət ürəkaçan deyildi. Şəhərin yollarına üst-üstə iki kürək qum tökmüşdülər, ya yox. Səkidə hərəkət edənlər isə yıxılmamaq üçün bir-birindən yapışır. Qar yağmaqda davam edir, küçələri təmizləmək isə bu yazı bitənədək heç kimin yadına düşmürdü…
Sabah geri qayıtmalıyıq. Görəsən, qum səpəcəklərmi?
Səbuhi Məmmədli
Bakı-Xaçmaz
- Oxunub: 2443 dəfə
- Bookmarka əlavə edin
| Şərhlər | Sayı: 3 |
| Musa | Səbuhi lap ön cəbhədən məlumat verən repartyorlar kimi hadisə yerindən məlumat verir.amma öz aramızdır yollara belə biganə qalmamalıdırlar |
| Vuqar | Allaha deyil pirlərə qurban olduğumuza görə bərəkətimiz yoxdur... |
| Kenan | Bilmirem boshluqdan bu qeder metni yazmisiz? ya .... |
Bu bölməyə aid digər xəbərlər.
- • 06:00 - Pul-qızıldan düzəldilmiş azadlıqdır
- • 05:00 - Eynşteyndən həyat məsləhətləri MƏTN
- • 00:10 - Temperatur 11 dərəcəyə yüksələcək
- • 17:23 - “Virtual İçəri Şəhər”
- • 16:45 - Sirli gündəlik, Almaniyada qəfil görüş, İsa babanın türk əsiri qaçırmağı - HEKAYƏT - FOTOLENT
- • 16:12 - Qazaxıstan Azərbaycanda tələbə qəbulu ilə bağlı təcrübəni öyrənir
- • 16:01 - Çaylarımızdakı mövcud vəziyyət açıqlandı
- • 15:24 - Naxçıvanda 11 tarix və mədəniyyət abidəsi tapıldı
- • 15:14 - ATƏT-in Bakı ofisinin rəhbəri ADU-da mühazirə oxudu - FOTO
- • 14:38 - “Azəryolservis” ASC peşə bayramını qeyd edir - FOTO
- • 13:58 - Şura üzvlüyünə qruplar üzrə seçkilər başlayır
- • 12:11 - Hava yağmursuz olacaq
- • 10:34 - Generalın sonuncu arzusu
- • 00:10 - Temperatur yüksəlir
- • 18:55 - Neftçi olmaq istəyən 200 nəfər test imtahanı verib
- • 18:09 - Oqtay Gülalıyev: “Aksiyanın görüşlə əvəzlənməsini məqsədəuyğun sayırıq”
- • 18:04 - Şura seçkilərinə namizəd və nümayəndələrin adları bəlli oldu
- • 17:16 - “Xıdır Nəbi” bayramı qeyd olundu
- • 16:38 - Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsinin şərtlərini açıqlayıb
- • 16:17 - Bir ayda 66 nəfər qidadan zəhərlənib
- • 16:14 - Bakının seysmik risk xəritəsi hazırlanacaq
- • 12:51 - Novruzda 7 gün iş olmayacaq
- • 12:09 - Evlənəcək adama öyüdlər
- • 11:21 - Transsərhəd çaylarımızda aparılan monitorinqin nəticələri açıqlandı
- • 10:40 - Nəsimi və Nərimanov rayonlarının suyu kəsildi
- • 10:32 - Qadınlar bu yazını oxumasalar kişilərə yaxşılıq etmiş olarlar
- • 00:10 - Yollar yenə buz bağlayacaq
- • 19:13 - Şəkərli diabet xəstələri üçün pulsuz təlim keçiriləcək
- • 18:11 - Yazılı bildiriş göndərilmədən qazın kəsilməsi qadağan edildi
- • 18:11 - Elektrik enerjisindən istifadə qaydaları dəyişdi
- • 13:26 - Kür çayında suyun səviyyəsi yüksəlib
- • 12:39 - Magistraturaya qəbul imtahanının vaxtı dəyişdi
- • 11:59 - Sabunçu-Maştağa şossesi: Əzablı yollarla... - VİDEO
- • 11:53 - Sabahdan havalar isinəcək
- • 07:10 - Qadınsız ev məzar kimidir
- • 06:10 - Azərbaycanın ən kreativ 10 adamı – “4 bucaq”
- • 14:13 - Keçi ləhcəsi
- • 12:10 - Yaşa görə qadınların seksual istəkləri ANALİZ
- • 11:16 - Gürcüstanda azərbaycanlılara ali təhsil sahəsində güzəşt tətbiq olunur
- • 10:37 - Sabunçu-Maştağa şossesi: Əzablı yollarla... - VİDEO
- • 06:10 - “Qadınların çox oxuyub, çox bilməsinin əleyhinəyəm”
- • 00:10 - Yenə qar yağacaq
- • 18:55 - “AMB Prodakşn” Azərbaycanın uğurları barədə sənədli film çəkib
- • 18:47 - Yol polisi işləmək istəyənlərə şad xəbər
- • 18:29 - ARDNŞ neftçilərə ingilis dili öyrətməyə qərar verib
- • 18:12 - Sevməyi bacaran qadın
- • 17:38 - 14 qəpik zibil pulu ləğv olundu
- • 17:23 - Macarıstanda Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirilib - FOTO
- • 16:16 - Fövqəladə vəziyyətdə rabitədən istifadə üçün xüsusi qaydalar təsdiqləndi
- • 16:15 - Eynulla Fətullayev həbsxanadan gəlib: “Arif Hacılı təklif etdi, rəis də söz verdi...”

Facebook
Twitter
Google
Myspace