Məhkəmə Neymarın cəzasını yüngülləşdirdi
17 sentyabr 2019 14:17 (UTC +04:00)

Məhkəmə Neymarın cəzasını yüngülləşdirdi

 
 
İdman Arbitraj Məhkəməsinin (CAS) iclası keçirilib.
 
APA-nın məlumatına görə, İsveçrənin Lozanna şəhərində baş tutan yığıncaqda Fransanın PSJ klubunun futbolçusu Neymarla bağlı məsələyə baxılıb.
 
UEFA-nın üç oyunluq diskvalifikasiya etdiyi hücumçunun cəzası yüngülləşdirilib. Braziliyalı yalnız iki avrokubok matçını buraxacaq.
 
Ötən mövsüm PSJ-nin “Mançester Yunayted”ə uduzaraq Çempionlar Liqası ilə vidalaşmasından sonra hakimləri sərt tənqid edən Neymar qrup mərhələsinin ilk iki oyununu buraxacaq. O, “Real” və “Qalatasaray”a qarşı oynamayacaq. Oktyabrın 22-də “Brügge” ilə görüşdə PSJ cənubi amerikalının xidmətindən yararlana biləcək.
# 549
avatar

Oxşar yazılar