Bakıda piyadanı maşın vuraraq öldürdü - YENİLƏNİB
17 sentyabr 2019 15:30 (UTC +04:00)

Bakıda piyadanı maşın vuraraq öldürdü - YENİLƏNİB

 
 
Bakıda avtomobillə vurulan piyadanın şəxsiyyəti müəyyənləşib.
 
APA-nın məlumatına görə, həmin şəxsin 1977-ci il təvəllüdlü Əmiraslanov Namiq İbrahim oğlu olması müəyyən edilib. 
 
***
 
Saat 10:09
 
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 30-35 yaşlarında naməlum kişini vuraraq öldürüb.
 
Faktla bağlı araşdırma aparılır.
# 598
avatar

Oxşar yazılar