FHN-in İdman-Sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib
17 sentyabr 2019 16:34 (UTC +04:00)

FHN-in İdman-Sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib

Sentyabrın 13-14-də  Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə gənclər arasında “Vl Koreya Səfri Kuboku” yarışları keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yarışlarda Bakı, Sumqayıt və respublikanın müxtəlif bölgələrindən 15 komandadan 100-dən artıq idmançı mübarizəyə qatılıb. Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin komandası yarışlarda mərkəzin fiziki hazırlıq şöbəsinin inspektoru Avropa çempionu Elvin Məmmədov rəhbərliyi altında iştirak edib.

Yarışlarda uğurlu çıxış edən mərkəzin taekvondoçusu Eltac Qafarov 68-kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Mərkəzin rəisi polkovnik Füzuli Musayev idmançı və məşqçisini qəbul edərək onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.

 

 

# 770
avatar

Aygün İbrahimli

Oxşar yazılar