Nazir: "Mehriban Əliyevanın göstərişi ilə Gəncə Dövlət Dram Teatrının təmir-bərpası aparılır"
17 sentyabr 2019 18:17 (UTC +04:00)

Nazir: "Mehriban Əliyevanın göstərişi ilə Gəncə Dövlət Dram Teatrının təmir-bərpası aparılır"

 
 
"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Gəncə Dövlət Dram Teatrının yeni binasının Heydər Əliyev Fondu tərəfindən təmir-bərpası aparılır".
 
APA-nın məlumatına görə, bunu Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən 147-ci teatr mövsümünün açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
 
Nazir təmir-bərpa işləri ilə tanış olduğunu bildirib: "Mən əminəm ki, təmirdən sonra Gəncə Dövlət Dram Teatrının çox möhtəşəm binası olacaq. Bununla da bizim Gəncədə yeni bir teatr binamız fəaliyyətə başlayacaq. Bu işlər hamısı zəruri və lazımlı addımlardır".
# 799
avatar

Oxşar yazılar