AzTV-nin aparıcısı Arif Alişanova nələr demədi... - VİDEO
16 yanvar 2020 17:23 (UTC +04:00)

AzTV-nin aparıcısı Arif Alişanova nələr demədi... - VİDEO

Azərbaycan televiziyasının keçmiş diktoru Tamilla Ələkbərova şok açıqlamalar verib.

Lent.az-a açıqlama verən aparıcı bildirib ki, AzTV-dən ayrılmasına səbəb həmin kanalın keçmiş sədri Arif Alişanovdur. O, A.Alişanovun adını çəkmədən ünvanına bu sözləri ünvanlayıb:

“Ona insan demək istəməzdim. O üzdən iraq AzTV-yə gələndən sonra hərəmizi bir tərəfə göndərdi. O həmin kanala gəlmədən öncə bizə kostyum verirdilər. O gəlişi ilə hər şeyi ləğv elətdirdi. Hətta bizim hər birimizə aylıq 300 dollar pul verirdilər ki, geyinin. O adam bizə məhdudiyyət qoydu. Onun adını dilimə gətirmək istəmirəm. Siz də başa düşdünüz ki, kimi deyirəm. Mən ona heç nə demirəm. Göydə Allah var. Hər şey Allahın əlindədir. Bu mənim yandığım və ağrılı yerimdir. Çünki bizim kimi dünya görmüş aparıcıların AzTV-dən uzaq düşməsinə səbəb oldu. Biz müharibə dövründə aparıcılıq etmişik. Allah Heydər Əliyevə rəhmət eləsin. O, bizə çox diqqət göstərirdi. Harda olur-olsun, bizim sədrimizə zəng edirdi, deyirdi ki, 3-4 aparıcı ilə həmsöhbət olmaq istəyirəm. Həmin siyahıda mənim də adım olurdu”.

T.Ələkbərova bildirib ki, indi də ona aparıcılıq təklifləri gəlir: “Yenidən veriliş aparmağım üçün dəvətlər edirlər. Təklif etmişdilər ki, verilişinizə sponsor tapın, özünüz də aparın. Mən də onlara dedim ki, lazım deyil. Mən bu cür veriliş aparmaq niyyətində deyiləm. Çox verilişlər aparmışam. Qadınlar haqqında 3 böyük verilişim olub. Qadın xanım olaraq qalmalıdır. Allah Prezidentimiz İlham Əliyevə və onun xanımı Mehriban Əliyeva can sağlığı versin. Onlar hər şeyə diqqət edirlər. İndi hər şey var. Amma telekanallarımız niyə veriliş üçün sponsor tələb edir?”


Qeyd edək ki, T.Ələkbərovanın açıqlamalarının ardına aşağıdakı linkdə baxa bilərsiniz:

# 34321
avatar

Yalçın UĞUR

Oxşar yazılar