Narkotik satan keçmiş məhkum tutuldu
17 yanvar 2020 12:30 (UTC +04:00)

Narkotik satan keçmiş məhkum tutuldu

Astarada narkotacir cinayət başında saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Məstiyev 150 qram narotik vasitə heroini 4000 manata satarkən cinayət başında saxlanılıb.

Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə olaraq ondan 504 qram heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla T.Məstiyevin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından əldə etdiyi, qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilmiş 654 qram heroini Ələt-Astara yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən satışını təşkil etməkdən ötrü götürdüyü müəyyən olunub. 

# 630
avatar

Mehman Nəbiyev

Oxşar yazılar