Gülay Zeynallı gileyləndi: "Vaxtı çatanda biləcəksən"
17 yanvar 2020 12:27 (UTC +04:00)

Gülay Zeynallı gileyləndi: "Vaxtı çatanda biləcəksən"

Müğənni Gülay Zeynallı övladına vaxt ayıra bilmədiyindən gileylənib.

Lent.az-ın məlumatına görə, ifaçı “Ona qalsa” verilişində bildirib ki, qızı Sahiləyə zaman ayıra bilmir:

"Həyatda özümü ən çox günahlandırdığım amil odur ki, istədiyim qədər qızıma vaxt ayıra bilmirəm. Amma təsəllim odur ki, uşağımın gələcəyi üçün çalışıram. Övladımın o cür atası var. Hər kəs əlindən gələni edir. Elə insanam ki, üəryim yanır onun üçün. Amma istəyimi tam göstərə bilmirəm. İçimdə istəyirəm.

Gecə yatanda qızımı qucaqlayıram, öpürəm, deyirəm, sənlə nəfəs alıram. Amma vaxtı-zamanı gələndə biləcəksən ki, anan sənin üçün çalışır. Anan sənə ona görə vaxt çatdırmırdı ki, bu gün üçün çalışırdı".

# 5045
avatar

Yalçın UĞUR

Oxşar yazılar