Bakıda 16 şagird məktəbi daha tez bitirmək istəyir
17 yanvar 2020 15:15 (UTC +04:00)

Bakıda 16 şagird məktəbi daha tez bitirmək istəyir

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə,  imtahan paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunub.

Qeydiyyatdan keçmiş 16 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib.

Nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaratdığı komissiya 100 ballıq şkala üzrə qiymətləndirəcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar. Bu mərhələdən də uğurla keçən  III sinfin I yarımilində oxuyan şagird IV sinfin II yarımilində, VIII sinfin I yarımilində oxuyan şagird IX sinfin II yarımilində, X sinfin I yarımilində oxuyan şagird isə XI sinfin II yarımilində təhsilini davam etdirə biləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilən “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi qaydaları”na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

 

 

# 1315
avatar

Aygün İbrahimli

Oxşar yazılar