"Adi bir səhvə görə onların namizədlikləri qeydə alınmır" - RƏSMİ
17 yanvar 2020 15:22 (UTC +04:00)

"Adi bir səhvə görə onların namizədlikləri qeydə alınmır" - RƏSMİ

“Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, elə namizədlər var deyir, atasından qalan əmlak yadından çıxıb: “Buna nə cür inanmaq olar?”

M. Pənahov qeyd edib ki, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər nə üçün əmlaklarını göstərmədiklərinə dair tutarlı bir səbəb də göstərmirlər: “Adi bir səhvə görə onların namizədliklərini qeydə alınmır. Burdan belə bir məntiqi nəticə çıxır ki, bu adamlar namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Bunların qeydə alınmamaqda məqsədləri nədir bilmirəm”.

M. Pənahov bir daha namizədlərə əmlakları haqqında düzgün məlumat göstərmələri barədə tövsiyə edib.

# 1873
avatar

Oxşar yazılar