ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatdı
04 aprel 2020 08:30 (UTC +04:00)

ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatdı

 

Son sutka ərzində ABŞ-da koronavirusdan 1423 nəfər ölüb. Bu, dünyada bir gün ərzində koronavirusdan ən yüksək ölüm statistikasıdır.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin ən son hesabatında qeyd edilib. 

Bildirilib ki, ölənlərin sayı arataraq 7 406 nəfərə yüksəlib. 

Ölkə üzrə yoluxanların ümumi sayı 276995 nəfər olub. Hər gün orta hesabla 31782 nəfərin virusa yoluxduğu qeyd edilib.

***

08:10

ABŞ-da koronavirusdan dünyasını dəyişənlərin sayı 7077 nəfər olub. 

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin son hesabatında bildirilib. 

Qeyd edilib ki, koronavirus infeksiyası təsdiqlənmiş halların sayı 273 minə çatıb, onlardan 9,5 min nəfəri sağalıb.

 

# 2522
avatar

Oxşar yazılar