Qonşu ölkədə son sutkada koronavirusdan 158 nəfər öldü
04 aprel 2020 14:43 (UTC +04:00)

Qonşu ölkədə son sutkada koronavirusdan 158 nəfər öldü


İranda koronavirusdan ölənlərin sayı 3452 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü bildirib.

Onun sözlərinə görə, son sutka ərzində koronavirusa yoluxmuş 158 nəfər vəfat edib, ölkə ərazisində 2560 yeni yoluxma faktı qeydə alınıb.

Ümumilikdə ölkədə virusa yoluxanların sayı 55 743 nəfərə çatıb. Bu günədək virusa yoluxmuş 19 736 nəfər sağalıb, hazırda virus daşıyıcısı olan 4103 nəfərin vəziyyəti ağırdır. 

# 1325
avatar

Oxşar yazılar