“Moskviç”lə yolu keçən həmyerlisini vuraraq öldürdü
04 aprel 2020 15:00 (UTC +04:00)

“Moskviç”lə yolu keçən həmyerlisini vuraraq öldürdü


Aprelin 3-də saat 19 radələrində Quba rayonunun Paşaoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, hadisə nəticəsində şəhər sakini M.Bayramov idarə etdiyi “Moskviç” markalı avtomobillə yolu keçən həmyerlisi Feyzulla Eldarovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

# 901
avatar

Oxşar yazılar