Qarabağda əsgər yoldaşını güllələyən erməni hərbçi tutuldu 
04 aprel 2020 15:22 (UTC +04:00)

Qarabağda əsgər yoldaşını güllələyən erməni hərbçi tutuldu 

 

Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri Qareqin Babakehyanı qəsdən həyatdan məhrumetmədə şübhəli bilinən hərbçi yoldaşı saxlanılıb.

Lent.az Ermənistan KİV-ə istinadla bildirir ki, bu barədə ölkənin İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Xatırladaq ki, martın 3-də saat 00:35-də Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda İrəvandan olan 20 yaşlı hərbi qulluqçu Qareqin Babakehyan ölümcül güllə yarası alıb.

# 867
avatar

Oxşar yazılar