Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı
04 aprel 2020 14:44 (UTC +04:00)

Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı


Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alının.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

# 2931
avatar

Oxşar yazılar