Xüsusi karantin rejimində deputatlar xidməti vəsiqə əsasında hərəkət edəcək
04 aprel 2020 15:11 (UTC +04:00)

Xüsusi karantin rejimində deputatlar xidməti vəsiqə əsasında hərəkət edəcək

Bu gecə - 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq ediləcək.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2 aprel 2020-ci il tarixli qərarına əsasən, xüsusi karantin rejimində xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verilən şəxslər müəyyənləşib.

Qərara əsasən, Milli Məclisinin deputatları və Aparatının əməkdaşları xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət edəcək.

# 768
avatar

Oxşar yazılar