2 aydan sonra parka çıxıb ağladı – Karantindən sonra Bulvar - VİDEO
20 may 2020 14:59 (UTC +04:00)

2 aydan sonra parka çıxıb ağladı – Karantindən sonra Bulvar - VİDEO

Mayın 18-dən karantin rejimi  yumşaldıldı. Artıq restoranların açılmasına, Dənizkənarı Milli bulvarın və parklara əhalinin girişinə icazə verildi. Uzun müddətdir karantin rejimində yaşayan sakinlər xəbəri sevinclə qarşıladılar. Artıq  bulvar ərazisində istədiyiniz qədər gəzə bilərsiniz, amma bir neçə qaydalar var ki onlara riayət edilməlidir. Belə ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək. Bulvarda yenə də xəbərdarlıq nişanları, məlumatlandırıcı lövhələr olacaq, mütəmadi dezinfeksiya işləri aparılacaq. Bir sözlə, Bakı Bulvarı sakinlərin səmərəli istirahətini təmin etməyə hazırdır. Ancaq vətəndaşlar da üzərilərinə düşən məsuliyyəti dərk etməlidirlər.

Lent.az-ın əməkdaşları bulvar ərazisində olub və müşahidələr aparıb. Bəri başdan qeyd edək ki, kafe və restoranlar Operativ Qərargahın təlimatına uyğun fəaliyyət göstərəcək - səhər saat 08:00-dan axşam 18:00-dək. İaşə müəssisələri müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun işləyəcək. Dənizkənarı Bulvar İdarəsi bu məsələləri xüsusi nəzarətdə saxlayacaq. 
Dənizkənarı Milli Parka giriş məhdudiyyəti aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları fəaliyyət göstərməyəcək. Parkinqlər - maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir.

Maraqlıdır, karantin dövründə bulvar ərazisinə kimlər nəzarət edirdi qazon qulluğu, nadir ağaclara, parka rəng qatan gözoxşayan güllərə kimlər qulluq edirdi deyə düşünürdük ki, bulvar işçilərini iş başında gördük. Diqqətimizi çəkən məqamlardan biri də iaşə obyektlərinin bağlı olması və səyyar satıcıların, fərdi fəaliyyət göstərən fotoqrafların gözümüzə dəyməməsi oldu. Şəhər sakinlərindən isə kimisi gəzir, kimisi isə övladlarını gəzintiyə çıxarıb birlikdə təmiz hava qəbul edirdi. Bəs uzun müddətli karantindən sonra bulvarda olmaq necə hissdir? 

Sakinlərin cavabına videoda baxa bilərsiz.

Könül

# 26845
avatar

Oxşar yazılar