Bakıda uşaq bayramı - attraksionlara həsrətli baxışlar - VİDEO
01 iyun 2020 17:51 (UTC +04:00)

Bakıda uşaq bayramı - attraksionlara həsrətli baxışlar - VİDEO

Dünyanın əksər ölkələrində olduğu kimi bu gün Azərbaycanda da uşaqlar günü qeyd olunur. Karantinlə bağlı olaraq ötən illərə nisbətdə bu il bayramın  təmtəraqlı şəkildə keçirilməsi mümkün olmadı. Uşaqlar üçün əyləncə məkanları attraksionlar  bayram günüdə bağlı qaldı. Parklar açıq olsa da yenə də polis əməkdaşlarının xüsusi nəzarəti altındadır. Buna baxmayaraq valideynlər yenə də övladlarını gəzintiyə çıxarıb onların istəyini həyata keçirməyə çalışırdı. Düzdür göründüyü kimi balacalar istədikləri kimi əylənə bilmirlər bağlı attraksionlara sözün əsl mənasında həsrət qalan uşaqlar dəmir çəpərlə əhatə olunan yelləncəklərə kənardan baxmaqla kifayətlənməliydilər. Yaxınlaşdıq balaca dostlarımıza ki bir az həmsöhbət olaq.

Pandemiya hamımız kimi, uşaqların da həyatına ciddi təsir etdi. Onlar balaca dostlarından, bağça yoldaşlarından ayrı düşdülər. Amma yenə də parka çıxan kimi əylənməyi bacarırlar. Bizi bircə onların attraksionlara yönələn həsrətli baxışları narahat etdi. Qalan hər şey qaydasında idi. O gözəl çöhrələrindəki şirin təbəssümlə saki koronavirusa meydan oxuyurdular.

Qeyd edək ki, BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

 

# 16567
avatar

Könül Fəxrəddinqızı

Oxşar yazılar