Bakıda karantin rejimini pozan kafe aşkarlandı
04 iyul 2020 09:53 (UTC +04:00)

Bakıda karantin rejimini pozan kafe aşkarlandı

Paytaxtın Xətai rayonunda rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe  aşkarlanıb. 

APA-nın məlumatına görə, Xətai rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində “Günəş” kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 5  nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.

# 2338
avatar

Oxşar yazılar