Dəfnə yarpağının inanılmaz faydaları: evdə yandırsanız...- VİDEO
05 avqust 2020 19:51 (UTC +04:00)

Dəfnə yarpağının inanılmaz faydaları: evdə yandırsanız...- VİDEO

Dəfnə ağacının yarpaqları yalnız bəzi yeməklərə vurmaq üçün lazım olan ədviyyat deyil. Bu həmçinin sakitləşdirici və stimullaşdırıcı təsir göstərir. Yarpaqların ətri narahatlığı aradan qaldırır və təcrid zamanı çoxlarının qarşılaşdığı cansıxıcı vəziyyətdən azad olmağa kömək edir.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, yanmış dəfnə yarpaqlarının ətri immunitet sistemində sakitliyə və güclənməyə kömək edir.  Xroniki yorğunluqla mübarizə üçün və meditasiya zamanı istifadə edilə bilər - özünü təcrid etmək üçün çox  yaxşı üsuldur.

Bitki eyni zamanda enerji yükü verir, diqqəti cəmləməyə kömək edir və beyini inkişaf etdirir. 

Psixoloqlar deyirlər ki, hətta evdə oturanda da divanda yuxulu saatlar keçirməkdənsə, iş qabiliyyətini qorumaq lazımdır.

Dəfnə yarpaqlarının qoxusu tənəffüs yollarında bəlğəmdən qurtulmağa və iltihabı aradan qaldırmağa kömək edəcək. 

 

# 14590
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar