Elza Seyidcahan televiziyada veriliş aparacaq
10 avqust 2020 10:44 (UTC +04:00)

Elza Seyidcahan televiziyada veriliş aparacaq

Əməkdar artist Elza Seyidcahan aparıcılıq edəcək.

Lent.az bildirir ki, bu haqda Axşam.az-a açıqlamasında müğənni özü məlumat verib. O bildirib ki, proqram "Space" telekanalında yayımlanacaq.

"Sfetofor" adlanan proqramı ifaçı bacısı Rasimə Seyidcahan və Nərminə Ağası ilə birlikdə aparacağını bildirib:

"Öz qeyri-adiliyi, ekzotikası və peşəkarlığı ilə seçiləcək. Layihə üzərində böyük komanda çalışır. Gözəl müzakirələrlə, maraqlı qonaqlarla tamaşaçılara zövqlü anlar yaşadacağıq".

# 6922
avatar

Oxşar yazılar