Ermənistanda 3 nəfər də koronavirusdan öldü
12 avqust 2020 17:55 (UTC +04:00)

Ermənistanda 3 nəfər də koronavirusdan öldü

Ermənistanda son sutkada daha 201 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 40 794 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 3 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 806 nəfər olub.

Ermənistanda xəstəlikdən sağalanların sayı 33 492 nəfərdir.

# 1681
avatar

Oxşar yazılar