Rusiyada koronavirusdan daha 129 nəfər öldü
12 avqust 2020 18:41 (UTC +04:00)

Rusiyada koronavirusdan daha 129 nəfər öldü

Rusiyada son sutka ərzində daha 5 102 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 902 701 nəfərə çatıb.

Son sutka ərzində 129 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 260 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

# 2086
avatar

Oxşar yazılar