Bu ölkədə qatar relsdən çıxdı: ölən var
12 avqust 2020 16:27 (UTC +04:00)

Bu ölkədə qatar relsdən çıxdı: ölən var

Şotlandiyada sərnişin qatarı relsdən çıxıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, hadisə Şotlandiyanın şimal-şərqində, Aberdinşir bölgəsində qeydə alınıb.

İlkin məlumata görə, bir nəfər ölüb.

Şotlandiyanın Baş Naziri “Twitter”də hadisə nəticəsində xəsarət alanların olduğunu bildirib.

Hadisə yerinə təcili tibbi yardım maşınları və tibbi helikopterlər cəlb olunub.

Hadisənin başvermə səbəbi və yaralananların sayı açıqlanmayıb.

# 2401
avatar

Oxşar yazılar