Müəllimlərin imtahan məlumatları şəxsi səhifələrə göndərildi
14 avqust 2020 10:31 (UTC +04:00)

Müəllimlərin imtahan məlumatları şəxsi səhifələrə göndərildi

Avqustun 21-25-də keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin tarixlərdə Azərbaycan dili, musiqi, fiziki tərbiyə və ibtidai sinif müəllimliyi üzrə test imtahanı keçiriləcək.

Digər fənlər, həmçinin ibtidai sinif müəllimliyi üzrə keçiriləcək növbəti imtahanların tarixi barədə məlumatlar hissə-hissə şəxsi səhifələrə göndəriləcək.

 

 

# 1390
avatar

Aygün İbrahimli

Oxşar yazılar