Təranə sevgilisinin ona maddi dəstəyindən DANIŞDI
14 avqust 2020 12:28 (UTC +04:00)

Təranə sevgilisinin ona maddi dəstəyindən DANIŞDI

“Prodüser kimi bir neçə dəfə təkliflər aldım, amma qarşı tərəfin müəyyən xüsusiyyətləri məni qane etmədiyinə görə razılaşmadım. İmtina etməyə üstünlük vermişəm”.

Lent.az xəbər verir ki, bunu prodüser Təranə Səmədova axşam.az-a deyib.

Uzun müddətdir işləməyən Təranə sevdiyi şəxsin ona maddi və mənəvi dəstək olduğunu bildirib:

“Pandemiya dönəmində, o dönəmə qədər və hazırda həyat dostum məni və ailəmi maddi cəhətdən təmin edib. Bundan sonra isə aldığım növbəti təkliflərdən bir neçəsini dəyərləndirirəm.

Onlardan biri yeni sosial layihə olan qısametrajlı filmdir. Rejissorluğunu Elvin İsmanın edəcəyi filmin əsas məqsədi son illərdə boşanmaların sayının çoxalmasından bəhs edir.

Düşünürəm ki, ötürəcəyimiz mesajla bir çox gənc ailələrin dağılmasının qarşısını ala biləcəyik.

Digər təklif yenə də bir neçə müğənnini tanıtmağımla bağlıdır, düşünürəm ki, artıq birini dəyərləndirəcəyəm. Ən istedadlısını seçməyə qərar vermişəm. Daha iki təklifi isə tam start veriləndə açıqlayaram”.

# 6688
avatar

Oxşar yazılar