Rusiyada azərbaycanlı "qanuni oğru"ya cinayət işi açıldı
14 avqust 2020 17:10 (UTC +04:00)

Rusiyada azərbaycanlı "qanuni oğru"ya cinayət işi açıldı

Moskvada Rəşad Gəncinski kimi tanınan 42 yaşlı “qanuni oğru” Rəşad İsmayılova cinayət işi qaldırılıb.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, o, cinayətkar birlik yaratmaqda ittiham olunur. 

Moskvaya nəzarət edən avtoritet bir müddət əvvəl Belarusda həbsxanadan azad edilib və Rusiya paytaxtına gəlib.

Rəşad Gəncinski 2013-cü ildə taclandırılandan sonra Moskvadakı bütün cinayətkar qruplaşmaların fəaliyyətinə nəzarət edib və qruplaşmalar arasındakı münaqişələri həll edib. 

Avqustun 10-da məlumat verilib ki, Belarusun Ali Məhkəməsi Rəşad Gəncinskinin vaxtından əvvəl azadlığa buraxılması haqda qərar çıxarıb. 

Rəşad Gəncinski Minskə onun yüksək statusunu şübhə altına alan belaruslu “qanuni oğru” Aleksandr Kuşnerov (Saşa Kuşner) ilə silahlı çəkişmə üçün gəlibmiş. 

Rəşad 2019-cu ilin iyul ayında saxta sənəddən istifadə etməkdə və Belarus sərhədindən qanunsuz silah keçirməkdə təqsirkar bilinərək 10 il azadlıqdan məhrum edilmişdi.

 

# 4105
avatar

Oxşar yazılar