Ədalət Şükürov mahnını Gülaydan alıb Sevdaya verdi - QALMAQAL
26 sentyabr 2020 16:28 (UTC +04:00)

Ədalət Şükürov mahnını Gülaydan alıb Sevdaya verdi - QALMAQAL

Əməkdar artist Ədalət Şükürovla müğənni Gülay Zeynallı arasında mahnı qalmaqalı yaşanıb.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Gülay "7 canlı" proqramında qonaq olarkən deyib. O bildirib ki, Şükürovdan mahnı istəyib:

"Mahnını verdi, amma sonra əlimdən aldı və başqa xanım ifaçı oxudu".

Verilişdə yer alan Ə.Şükürov isə "Mahnını verdim, gözlədim oxumadı. Hər dəfə soruşurdum, deyirdi, oxuyacam. Ay Gülay, mahnı nə oldu? Deyir, oxuyacam, gözlə, işim çoxdur. Sonuncu dəfə soruşanda yenə eyni sözü dedi. Qayıtdım ki, mahnı getdi. Dedi, niyə, istəməzdim belə olsun" cavabını verib.

Gülay daha sonra bildirib ki, mahnını həmkarı Sevda Yahyayeva ifa edib.

# 3907
avatar

Oxşar yazılar