Məktəblilər üçün ən yaxşı qəlyanaltı: “Fıstıq əzməli bayquşlar”
14 oktyabr 2020 19:54 (UTC +04:00)

Məktəblilər üçün ən yaxşı qəlyanaltı: “Fıstıq əzməli bayquşlar”

Dərslərin başlaması ilə anaların qayğıları da artır. Azyaşlı uşaqlarının həm sağlam qidalanması, həm də dərsdə olduğu müddətdə acımamağı üçün maraqlı şirniyyatlar hazırlamaq istəyən analar yeni reseptlər axtarışına düşürlər.

Əziz analar, Lent.az -ın təqdim etdiyi bu reseptdən yararlanaraq övladlarınız üçün dadlı şirniyyat hazırlaya bilərsiniz.

Təqdim edəcəyimiz “Fıstıq əzməli bayquşlar” təkcə dadı ilə deyil, görünüşü ilə də sizi valeh edəcək. Qısa müddətdə hazır olan qəlyanaltının tərkibinə gedən məhsullar bunlardır: 

Çörək dilimi

Fıstıq əzməsi (yağlı)

Banan

Çiyələk

Bəzəmək üçün mövsümi meyvələrdən istifadə edə bilərsiniz. 

Hazırlanması:

Çörəyə fıstıq əzməsi çəkdikdən sonra banan və xırda yabanı meyvələrlə göz, çiyələklə qanad və burun yaradın.

Bu qəlyanaltı iştahası zəif olan məktəblilərin belə diqqətini çəkəcək.

Nuş oldun!

# 781
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar