Zeyn Malikin qohumu, məşhur fenomen Azərbaycana belə dəstək oldu  - FOTO
12 oktyabr 2020 11:46 (UTC +04:00)

Zeyn Malikin qohumu, məşhur fenomen Azərbaycana belə dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi humanitar atəşkəs rejimini pozaraq yenə dinc əhalini hədəfə alıb. Belə ki, oktyabın 11-i mənfur ermənilər Gəncəni raket atəşinə tutub və nəticədə yerli əhali arasında ölən və yaralananlar var.

Hər bir azərbaycanlı bu hadisəyə biganə qalmayıb baş verənləri bütün dünyaya çatdırmağa çalışır. Bu iş də bəzi xarici məşhurların da dəstəyini görürük.

Lent.az xəbər verir ki, məşhur sosial şəbəkə fenomeni Saşa Malik "İnstaqram" hesabında paylaşımlar edərək Azərbaycana dəstək olub. Hekayə bölümündəki bütün paylaşımlarını Azərbaycana, xüsusilə də Gəncədəki terror aktına həsr edən fenomenin izləyici kütləsi də az deyil. Belə ki, onu "İnstaqram"da izləyənlərin sayı 65 900-dən çoxdur.

Qeyd edək ki, Saşa Malik məşhur müğənni Zeyn Malikin əmisi qızıdır. Onlar əslən pakistanlıdırlar.

Lent.az məşhur fenomenin Azərbaycana dəstək üçün paylaşdığı fotoları təqdim edir:

# 1420
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar