“Azərbaycanı Şuşasız, Laçınsız təsəvvür etmirəm" - Çingiz Hüseynov
16 oktyabr 2020 18:10 (UTC +04:00)

“Azərbaycanı Şuşasız, Laçınsız təsəvvür etmirəm" - Çingiz Hüseynov

“Müharibə bir tərəfdən labüddür, çünki başqa cür mümkün deyil.”

Lent.az kulis.az-a istinadla xəbər verir ki, bu sözləri İsraildə yaşayan dünya şöhrətli azərbaycanlı yazıçı Çingiz Hüseynov Sosial Tədqiqatlar Mərkəzinə açıqlamasaında bildirib:

“Dünyaya sözüm yoxdur. Qələmim nə ölümə çağırır, nə ölməyə. Müharibə görək nə ilə nəticələnəcək. Müharibə bir tərəfdən labüddür, çünki başqa cür mümkün deyil. Müharibənin özü XXI əsrdə qan tökmək deməkdir. Ədalətli, ədalətsiz, fərqi yoxdur”.

O daha sonra deyib ki, azərbaycanlı olaraq, bir kəlmə ilə bu günü belə ifadə edərdi:

“Azərbaycanı Şuşasız, Laçınsız təsəvvür etmirəm. Bu cümləm düşünürəm ki, hər şeyi ifadə edir. Yenə də təkrar edirəm, mən Vətənim Azərbaycanı Şuşasız, Laçınsız təsəvvür etmirəm və etməyəcəm də”.

# 1792
avatar

Oxşar yazılar