Ermənilər Sərdar Ortacı "öldürdü"
23 oktyabr 2020 09:22 (UTC +04:00)

Ermənilər Sərdar Ortacı "öldürdü"

Ermənistan İctimai Radiosunun cəbhədən növbəti dezinformasiyası qalmaqala səbəb olub.

Lent.az-ın məlumatına görə, radionun saytında türkiyəli məşhur müğənni Sərdar Ortac Azərbaycan ordusunun “itkiləri” sırasında yer alıb.

Belə ki, oktyabrın 16-sı və 21-i dərc olunan cəbhə xəbərlərində Sərdar Ortacın 22 il öncə çəkilmiş əsgərlik şəkilləri “öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim olunub.

# 1099
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar