“Böyük dəbilqə”: Daha 6 cüdoçumuz mübarizəyə başlayır
25 oktyabr 2020 12:48 (UTC +04:00)

“Böyük dəbilqə”: Daha 6 cüdoçumuz mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə bu gün yekun vurulacaq. 
 
Apasport.az saytının məlumatına görə, yarışın sonuncu - üçüncü günündə Azərbaycanın daha 6 idmançısı mübarizəyə qoşulacaq.
 
Kişilər 
90 kq
Bu çəki dərəcəsində millimizin lideri Məmmədəli Mehdiyev yarışa 1/16 finaldan qoşulacaq. O, ilk cəhdində Farux Bulekulov (Qırğızıstan) - Conatas Paçer (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək. Komandamızın digər üzvü Rüfət İsmayılov isə 1/16 finalda Rafael Maçedonu (Braziliya) sınağa çəkəcək. 

100 kq
Elmar Qasımov da ilk döyüşdən azaddır. O, 1/16 finalda Peter Kordeli (Macarıstan) - Mert Şişmanlar (Türkiyə) cütünün qalibini gözləyir. Zelim Kotsoyevin eyni mərhələ rəqibi isə Alibek Serikbayev (Qazaxıstan) - Munqxbayar Battoqtox (Monqolustan) görüşünün qalibi olacaq. 

+100 kq
Uşangi Kokauri 1/16 finalda Cemal Erdoğanı (Türkiyə), Camal Feyziyev Harun Sadikoviçi (Bosniya və Herseqovina) sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycan millisi 80 ölkədən 624 cüdoçunun qatıldığı turnirə 17 idmançı ilə yollanıb. İlk iki yarış günündə tatamiyə çıxan 11 cüdoçumuzdan Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (66 kq) bürünc medal qazanıb. 

# 1216
avatar

Oxşar yazılar